Bakıda çimərlik voleybolçularının ilk beynəlxalq turniri keçirilib
Bakı Su İdmanı Sarayında çimərlik voleybolu üzrə kişi və qadınlar arasında ilk dəfə olaraq "Kinq Queen of the Court" ("Meydançanın kralı və kraliçası") adlı beynəlxalq turnir keçirilib.
AVF-dən verilən məlumata görə, turnirdə peşəkar çimərlik voleybolçulardan ibarət 10 kişi və 12 qadın komandası (cütlüyü) mübarizə aparıb. Kişilərin yarışında Heydər Məhəmmədəli/Ozan Baltaci, dueti qadınlar arasında isə Səbinə Əlizadə/Leyla Əliyeva cütlüyü qalib gəlib gəlib. Qaliblərə layiq olduğu mükafatları Gənclər və İdman Naziri Fərid Qayıbov və AVF İdarə Heyetinin üzvü Eldar Bağırov təqdim edib.
İNTİQAM Məmmədov


