Eksperimental qrupun məzun günü keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində eksperimental qrupun məzun gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, fakültənin professor-müəllim heyəti, məzunlar vvə onların valideynləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan dosent Arzu Daşdəmirov iştirakçıları salamlayaraq, məzunları bu xoş gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra fakültənin əldə etdiyi nailiyyətlər, eksperimental qruplarda tədrisin təşkili ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, Fizika fakültəsinin məzunları magistraturaya qəbul və müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticələr göstəriblər.
Sonra eksperimental qrupun tələbələrinə sertifikatlar təqdim edilib.
Tədbirin davamında eksperimental qrup məzunlarının hazırladıqları şeirlər və mahnılar səsləndirilib.


