Mustafayeva və Dolayıb cütlüyü DK-da qızıl qazanıb
Portuqaliyanın Kantanhede şəhərində gimnastikanin akrobatika növü üzrə Dünya Kubokunun mərhələ yarısı keçirilib. Turnirdə ölkəmizi təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov cütlüyü uğurlu çıxışı ilə yadda qalıb. Təmsilçilərimiz qarışıq qoşa yarışda hakimlərdən 19,350 xal almaqla birinci yeri tutub.
Yeri gəlmişkən, bu gün isə Milli Gimnastika Arenasında "AGF Trophy-2025" beynəlxalq turnirə start verilib. Turnirə martın 30-da yekun vurulacaq.
İNTİQAM Məmmədov


