Yeniyetmə cüdoçularımız AK-da yarışacaqlar
5-6 aprel günlərində Çexiyanin Teplitse şəhərində yeniyetmələr (oqlan və qızlar) arasında cüdo üzrə Avropa Kubokou keçiriləcək. İki gün davam edəcək bu turnirdə Azərbaycan da daxil olmaqla qitənin 38 ölkəsini təmsil edən 857 idmançı tatami üzərinə çıxacaq. Azərbaycan isə yarışda 16-si qız, 17-si oğlan olmaqla 33 cüdoçu ilə 16 çəki dərəcəsində təmsil olunacaq.
Oğlanlardan ibarət yığmamya baş məşqçi Emin İsgəndərovla Nicat Şıxəlizadə, qızlar komandasına isə baş məşqçi Elnur İsmayılov və Əmrah Əhmədov rəhbərlik edəcək.
İNTİQAM Məmmədov


