Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mikayıl Cabbarov Avropa çempionatında fərqlənən güləşçilərlə görüşüb

Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etmiş güləşçilər və onların məşqçiləri ilə görüş keçirib.

Bildirilir ki, görüş zamanı Azərbaycan güləşçilərinin əldə etdiyi nailiyyətlər, bu idman növünün ölkəmizdə hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Mikayıl Cabbarov idmançıları və onların mentorlarını uğurlu çıxışları münasibətilə təbrik edib, onlara yeni qələbələr arzulayıb.

Best coffeeshop in Berlin