Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" "Ordu" ilə, "Sabah"sa "Sərhədçi"ylə üzləşəcək 

Kişi basketbolçulardan ibarət klubların çıxış etdiyi ABL- da pley-off mərhələnin (1/4 final) oyunları davam edir. Bu gün pley-offun ilk oyunları çərçivəsində daha iki görüş keçiriləcək. Hər iki oyun Bakı İdman Sarayında baş tutacaq. Saat 18:00-da "Neftçi" - "Ordu", saat 21:00-da isə "Sabah" - "Sərhədçi" matçı başlayacaq.

Aprelin 19-da isə həmin arenada "Naxçıvan"la "Abşeron" üzləşəcək (saat 14:00).

Xatırladaq ki, dünən ilk oyun "Şəki " ilə "Gəncə" arasında baş tutub. Görüş "Şəki"nin minimal hesablı qələbəsi ilə başa çatıb - 85:84. 

Cavab oyunları 20-22 aprel günlərində keçiriləcək. Cütlər arasında oyun 2 qələbəyədək davam edəcək. Cütlərin qalibləri mübarizəni yarımfinaldan davam etdirəcəklər.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin