Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Sabah"la "Nefty" ABL-in yarımfinalına yüksəlib

Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) pley-off (1/4 final) mərhələni oyunları davam edir. Bu gün bu mərhələdə daha iki oyun keçirilib və yarımfinalçılar bəlli olub. Adını yarımfinala ilk yazdıran cütlükdə "Sabah"la "Neftçi" yer alıb. Qeyd edək ki, olkə  çempionu adını daşıyan "Sabah" "Sərhədçi"ni üstələməklə yarımfinala yüksəlib. Bu gün Bakı İdman Sarayında baş tutan cavab matçında "Sabah" rəqibini 104:77 (25:11, 33:21, 20:24, 22:21) hesabla məqlub edib. 

İkinci yarimfinalçı olan "Neftçi" isə "Ordu" ilə oyunlarda qalib gəlib. Qeyd edək ki, bu gün Bakı İdman Sarayında baş cavab matçında "Neftçi" rəqibini 54:88 (11:22, 7:18, 11:24, 25:24) hesabla məğlubiyyətə uğradıb.

Aprelin 22-də pley-offda daha iki oyun keçiriləcək. Bakı idman Sarayında baş tutacaq birinci oyunda "Şəki" ilə "Gəncə" qarşılaşacaq (saat 14:00). Bu cütlük arasında keçirilən iki oyundan sonra ümumi hesab 1:1 olub. Sabahkı oyundan sonra qalıb aşkar ediləcək. Aktıvinə ikinci qələbəni yazdıran klub yarımfinala yüksələcək.

Saat 19:00-da isə həmin zalda "Abşeron"la "Naxçıvan" üzləşəcək (ilk oyun 0:1).

Reqlamentə gorə, yarımfinalda "Sabah" klubu "Şəki"-"Gəncə" matçının, "Neftçi" isə "Naxçıvan"-"Abşeron" qarşılaşmasının qalibi ilə üzləşəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin