Olimpiya çempionlarımız Kotsayev AÇ-nin 2/4 finalında
Montoneqronun paytaxtı Podqoritsada kişi və qadın cüdoçular arasında keçirilən Avropa çempionatı davam edir. Azərbaycan cüdoçuların da qatıldığı çempionatın bu günə təsadüf edən dördüncü günü ikisi kişi olmaqla üç tatami ustamiz mübarizəyə başlayıb. Bunlardan ikisi - Paris Olimpiadasının qalibi Zelim Kotsayev (100 kq) və Uşanqi Kokuari (+100 kq) ilk 2 görüşünü qələbə ilə başa vuraraq, yarışların 1/4 final mərhələsinə yüksəlib. Təəssüflər olsun ki, bu gün tatamiyə çıxan yeganə qadın təmsilçimiz Nigar Süleymanova (+78 kq) mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, qitə çempionatının geridə qalan üç günündə Azərbaycan millisi aktivinə dörd bürünc medal yazdırıb. Qeyd edək ki, medalcilar sırasında Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tckayev (81 kq) və Murad Fətiyev (90 kq) yer alıb.
Sabah isə çempionatda qarışıq komanda yarışı keçiriləcək.
İNTİQAM Məmmədov


