Olimpiya çempionumuz Kotsayev Avropada birinci ola bilməyib
Aprelin 23-də Montoneqronun paytaxtı Podqoritsada kişi və qadın cüdoçular arasında startı verilən və Azərbaycan idmançılarının da iştirak etdiyi Avropa çempionatının dördüncü günü fərdi yaşayışlara yekun vurulub. Çempionatın dördüncü günü biri qadın olmaqla daha üç cüdoçumuz tatamiyə çıxıb. Triomumzdan yalnız Olimpiya çempionumuz Zelim Kotsayev (100 kq) mükafatçılar sırasında yer ala bilib. Qeyd edək ki, 1/8 finalda Kipr, ardından Latviya və Ukrayna təmsilçisini məqlub edərək, finala yüksələn Kotsayev həlledici finalda köhnə rəqibi - Paris Olimpiadasının finalında məqlub etdiyi Gürcüstan cüdoçusu İlye Sulamenidze ilə qarşılaşıb. Təəssüflər olsun ki, bu dəfə idman xoşbəxtliyi rəqibin tərəfində olub. Olimpiya çempionumuz isə Avropa çempionatının gümüş medalı ilə kifayətlənib.
Son gündə tatamiyə çıxan cüdoçumuz Uşanqi Kokuari (+100 kq) bürünc medal uğrunda görüşdə almaniyalı Erik Abramova uduzaraq, çıxışını medalın bir addımlığında bitirib.
Dördüncü gün mübarizəyə qatılan yeganə qadın təmsilçimiz Nigar Süleymanova (+78 kq) isə çıxışını elə startdaca başa vurub.
Xatırladaq ki, turnirin əvvəlki üç günündə isə Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tckayev (81 kq) və Murad Fətiyev (90 kq) çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülüb.
Bununla da Azərbaycan komandası fərdi yaşayışlari 5 (0-1-4) medalla başa vurub.
İNTİQAM Məmmədov


