Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Çempionların savaşı" turniri davam edir

Azərbaycan çempionları sabiq dünya çempionlarını üstələyiblər 

Paytax Bakıdakı Azərbaycan Milli Xalçaçılıq Muzeyində şahmatin rapid və blits növü üzrə keçirilən "Çempionların savaşı" davam edir. Qeyd edək ki, turnirdə kişilər arasında Azərbaycan çempionu adını daşıyan Rauf Məmmədov özbəkistanli sabiq dünya çempionu Rüstəm Qasımcanovla, qadınlar arasında ölkə çempionumuz Günay Məmmədzadə isə sabiq dünya və Avropa çempionu Antoanetu Stefanovayla (Bolqarıstan) qarşılaşır. 

Cütlər dünən və bu gün rapid üzrə 6 partiya oynayıblar. Hər iki cütlərin qarşılaşması Azərbaycan çempionlarının qələbəsi ilə bitib - 4:2.

Aprelin 30-da isə cütlər 10 partiya blits növdə mübarizə aparacaqlar və bununla da üç günlük savaşa yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin