Güləşçilərin Respublika turniri keçirilib
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Masallı Olimpiya İdman Kompleksində 15 yaşlı yeniyetmələr arasında idman güləşinin sərbəst növü üzrə Respublika turniri keçirilib. Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından olan 200-dən çox güləşçi medallar uğrunda 11 çəki dərəcəsində mübarizə aparıb. Görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə ediblər.
İNTİQAM Məmmədov


