Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Fransa Rusiyanı kütləvi kiberhücumlarda ittiham edir

Fransa hakimiyyəti Rusiya hərbi kəşfiyyatını ölkəyə qarşı on ildir davam edən bir sıra kiberhücumlarda əli olmaqda ittiham edib.

Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, sözügedən qrup Avropa və Amerika hökumətinin resurslarına hücumları ilə tanınan APT28 (Fancy Bear) qrupudur.

2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının kiberhücumlarla məşğul olan Baş Kəşfiyyat İdarəsinin (QRU) bölməsi “müdafiə, maliyyə və iqtisadi sektorlar” da daxil olmaqla, təxminən on fransız təşkilatına hücum edib. Fransa Rusiya hərbi kəşfiyyatının Fransanın maraqlarına qarşı bir neçə kiberhücumlara səbəb olan APT28 qrupundan istifadəsini ən sərt şəkildə pisləyir.

Bir neçə ildir ki, QRU APT28-in hakerlərindən istifadə edərək Fransaya qarşı kiberhücumlar həyata keçirir, Fransanın xarici işlər naziri Jan-Noel Barrot X sosial şəbəkəsində rəsmi olaraq ilk dəfə kiberhücumlarda Rusiya hərbi kəşfiyyatını ittiham edərək bildirib.

Nazirlik əlavə edib ki, QRU Fransa xalqının gündəlik həyatında iştirak edən təşkilatlara - dövlət xidmətlərinə, özəl müəssisələrə, həmçinin 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarında iştirak edən idman təşkilatlarına da hücum edib. “Fransa öz tərəfdaşları ilə birlikdə Rusiyanın kiberməkanda bəd niyyətli davranışının qarşısını almaq və lazım gələrsə, ona cavab vermək üçün əlində olan bütün vasitələrdən istifadə etmək əzmindədir”, - Fransa Xarici İşlər Nazirliyi bildirib.

Best coffeeshop in Berlin