Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da final seriyasının təqvimi müəyyənləşib 

Kişi basketbol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 2024/25-ci illər mövsümünün qalibini aşkar edəcək həlledici final seriyasının təqvimi müəyyənləşib. Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə mövsümün çempionu "Sabah"la "Neftçi" arasında keçiriləcək final seriyasında 4 qələbə qazanan komanda olacaq. Oyunlar Bakı İdman Sarayında keçiriləcək. Final seriyasının təqvimi aşağıdakı kimidir:

2 may: Saat 19:00: "Sabah" - "Neftçi";

4 may: Saat 14:00. "Neftçi" - "Sabah";

6 may: Saat 19:00. "Sabah" -  "Neftçi" ;

8 may: Saat 19:00. "Neftçi" - "Sabah".

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin