Vatikan yeni papa seçkiləri ərəfəsində Papa Fransisin güc simvollarını ləğv edib
Vatikanda Papa Fransisə məxsus qurğuşun möhürü və qondarma "Balıqçı üzüyü"nün ləğvi proseduru baş tutub.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni brifinqdə məlumat verib.
Ənənəvi olaraq, pontifik apostol məktublarını imzalayarkən möhür və üzükdən istifadə edir.
Papa hakimiyyətinin iki simvolunun ləğvi çərşənbə axşamı səhər saatlarında baş tutan kardinalların sonuncu ümumi yığıncağında baş tutub. Baş tutan mərasim Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi prosedurunun başlanmasından dərhal əvvəldir.


