Polşanın baş naziri Ərdoğanın hədiyyəsinə görə mühakimə olunacaq
Polşanın baş naziri Donald Tuska Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qeydiyyatsız hədiyyəsinə görə cinayət işi açıla bilər.
AZpress.AZ xarici mediaya istinadən xəbər verir ki, Türkiyə lideri Polşanın baş nazirinə nadir tarixi yadigar - Polşa kansleri Anjey Zaluskinin 1745-ci ildə Osmanlı İmperiyasının baş vəzirinə yazdığı məktubu hədiyyə edib.
Qanuna görə, minimum əmək haqqının yarısından çox dəyərində hədiyyə alan polşalı məmur onu aldıqdan sonra 30 gündən gec olmayaraq onu qeydiyyatdan keçirməyə borcludur.
Qiymətli hədiyyəni dövlət reyestrinə daxil edərkən vəzifəli şəxsin unudulması Polşa qanunlarına əsasən üç il həbslə cəzalandırıla bilər.


