Paşinyan erkən seçkilərin keçirilməsini istəmir
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə təşəbbüs göstərmək niyyətində olmadığını bildirib.
“Biz növbədənkənar parlament seçkiləri keçirmək fikrində deyilik: “Hökumət planlaşdırıldığı kimi işləyir” deyən o, jurnalistlərlə söhbətində “bu söz-söhbətləri” vətəndaşlarla “vasitəçisiz” aktiv ünsiyyətdə olması ilə izah edib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib.


