Xavaca Asif: Pakistan Hindistanla birbaşa danışıqlar aparmır
Pakistan Hindistanla birbaşa danışıqlar aparmır, lakin üçüncü ölkələr artıq vəziyyəti sakitləşdirməyə çalışırlar.
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib.
"Hazırda Hindistan tərəfi ilə birbaşa əlaqəmiz yoxdur, lakin mən inanıram ki, bəzi beynəlxalq güclər və ya hər iki tərəflə yaxşı münasibətləri olan ölkələr artıq vəziyyəti sakitləşdirməyə çalışırlar" dedi Asif.


