Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ABL-da final seriyası davam edir 

Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) "Sabah" klubu ilə "Neftçi" arasında keçirilən final seriyası davam edir. Bu gün cütlük çempionluq uğrunda dördüncü dəfə meydana çıxacaq. Oyun saat 19:00-da Bakı İdman Sarayında baş tutacaq. 

Xatırladaq ki, geridə qalan üç oyundan sonra ümumi hesab 2:1 olmaqla hazırda ölkə çempionu adını daşıyan "Sabah"in xeyrinədir. 

Reqlamentə görə, final seriyası tərəflərdən birinin 4 qələbəsinədək davam edəcək. Mayın 11-də isə rəqiblər eyni məkanda 5-ci oyuna çıxacaqlar. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin