"Klassiklər"imiz Rusiyada TMT-ə start verib
Yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamız mayın 6-da Vladiqafqazda (Rusiya) növbəti təlim-məşq toplanışına (TMT) start verib. AGF-dən verilən məlumata görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər - Əni Həsənovla Elvin Mürsəliyevin rəhbərliyi altında başlanan TMT-yə 16 güləşçi cəlb edilib. Qeyd edək ki, qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan toplanışa mayın 19-da yekun vurulacaq.
TMT-da əsas məqsəd isə güləşclərin həm fiziki, həm də texniki -taktiki hazırlıq səviyyəsinin yüksəldilməsidir.
İNTİQAM Məmmədov


