Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

8 May şəhidi Ramiz Bayramov

8 may 1992 ci ildən 33 il keçsədə yaşanılan hərşey eyni kimidir. Elə bil yeni baş verib arada uşaqlıgım üçün çox darıxıram. Düzdü indi Şuşada azaddır keçən gün yenə yolumu ora saldım. Hər dalanına,hər küncünə baxdım nədə olsa uşaqlığım orda keçmişdi. Hərşeyi gözəl xatırlayıram tək 8 May tarixini çıxmaqla. Həmin gün məndə torpağımı qorumaq üçün döyüşürdüm mənimlə birgə nə qədər oğullar var idi ilahi. Hamısıda cəsur pəhləvan idi eləbil. Bir gənc var idi diqqətimi çəkdi adı Ramiz idi. Bakıdan gəlmişdi Ramizdə ən bəyəndiyim hal torpağını heç bölmürdü. Məndən yaşça çox kiçik idi ya 28 yada 29 olardı yaşı. Üzündə amma artıq onunda yorgunluqla yanaşı qəribə bir intiqam hissi var idi. Onunla çox ünsiyyətimiz olurdu bir qızı var idi elə hey hamıya ondan danışardı. Həmin gün 7-8 nə keçən gecə dedilər ki bizə vəziyyət gərgindir. Mən agır yaralandım sonra döyüş yoldaşlarımla maraqlandım. Ramizi eşidəndə ki, erməniyə əsir düşüb inanmadım çünki, o qədər çətin manevrlərdən keçmişdik ki, elə bilirdim hər vəziyyətdən o çıxar. Bu dəfə isə çıxmamışdı. 
Bu haqda adının açıqlanmasını istəməyən şəhid Bayramov Ramizin döyüş yoldaşı danışıb. 

Xatırladaq ki, Bayramov Ramiz mayın 8’i 1992 ci ildə döyüş zamanı əsir götürülür hələdə taleyindən heç bir məlumat yoxdur. Şəhidimizində qalıqları uzun ildən sonra axtarılır.

Best coffeeshop in Berlin