Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tatami ustalarımız Avropa Kubokuna qatılacaqlar 

10-11 may günlərində Gürcüstanın Qori şəhərində böyüklər (kişi və qadınlar) arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan idmançıları da iştirak edəcəklər. ACF-dən verilən məlumata görə, ölkəmiz turnirdə əsas millinin böyük məşqçisi Elçin İsmayılov və məşqçi Robert Kravcukun rəhbərliyi altında 19 kişi cüdoçu ilə təmsil olunacaq. Yeri gəlmişkən, əsasən gənclərdən təşkil edilən heyətdə tanınmışlardan Olimpiya mükafatçısı Elmar Qasımov (100 kq) da yer alıb. Təmsilçilərimiz 6 çəki dərəcəsində 60, 66, 73, 81, 90 və 100 kq) mübarizə aparacaq. Ölkəmiz bu yarışda yalnız + 100 kq çəkidə təmsil olunmayacaq.

Ümumiyyətlə, iki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 15 ölkəni təmsil edən 195 (146 kişi, 53 qadın) tatami ustası medallar uğrunda yarışacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin