"Neftçi" fransalı legioneri saxlamaq niyyətindədir
Azərbaycanın "Neftçi" futbol klubu müdafiəçi Ervin Koffini heyətində saxlamaq niyyətindədir.
Bakılılar fransalı legionerlə müqaviləni uzatmağı planlaşdırır. Tərəflər arasında mövcud müqavilə bu mövsümün sonuna qədər qüvvədədir. 30 yaşlı futbolçu ilə danışıqlar aparılacaq, bundan sonra o, qərarını verəcək.
Xatırladaq ki, Koffi 2023-cü ilin yayından “Neftçi”də çıxış edir.


