"Sabah" final seriyasında yenidən irəli çıxıb
Bu gün kişi basketol klublarının mubarizə apardığı ABL-in final seriyasında hazırkı Azərbaycan çempionu "Sabah"la "Neftçi" klubu arasında sayca 5-ci oyun keçirilib. Bakı İdman Sarayında baş tutan həmin oyunda "Sabah" 18 xal fərqiylə qalib gəlib - 107:89 (24:22, 33:17, 25:19, 25:33). Matçın ən yaxşı oyunçusu adına isə 23 xalla yadda qalan Xassani Qravett ("Sabah") layiq görülüb.
Yeri gəlmişkən, bu qələbədən sonra litvalı mütəxəssis Rimas Kurtinaytesin rəhbərlik etdiyi "Sabah" ümumi hesabda yenidən İrəli çıxıb - 3:2.
Mayın 14-də rəqiblər eyni məkanda yenidən qarşılaşacaqlar (19:00-da). Reqlamentə görə tərəflərdən hər hansı biri aktivinə 4 qələbə yazdırmaqla Azərbaycan çempionu adını qazanacaq.
Əgər "Sabah" daha bir qələbə qazanarsa, onda həm titulunu qoruyacaq, həm də üçüncü dəfə ölkə çempionu olacaq.
İNTİQAM Məmmədov


