Yeniyetmə boksçuların beynəlxalq turnirinə start veriləcək
Bu gün Bakı Boks Mərkəzində yeniyetmə boksçular (oğlanlar və qızlar) arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan "Heydər Əliyev Kuboku -2025" beynəlxalq turnirə start veriləcək. Mayın 21-dək davam edəcək turnirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Montoneqro, Rusiya, Belarus, Türkiyə və Gürcüstanı təmsil edən 200-dək boksçu medallar uğrunda yarışacaq. Qeyd edək ki, oqlanlar 14, qızlar isə 9 çəki dərəcəsində döyüşəcəklər. Azərbaycan ev sahibi olaraq, turnirə 60 idmançı ilə qatılacaq. Döyüşlərə saat 14:00-da start veriləcək.
Turnirin supervazeri ukraynalı İqor Bletski, baş hakimi isə Anar Bankıdır.
İNTİQAM Məmmədov


