Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləş üzrə U-20 millimiz İran turnirində

Bu gün İranın Behsehr şəhərində 20 yaşlı sərbəst güləşçilər arasında ənənəvi "Mecad Haşimi Kuboku -2025" beynəlxalq turnirə start veriləcək. İki gün davam edəcək turnirdə Azərbaycan 20 güləşçi ilə təmsil olunacaq. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, komandamıza yığmanın böyük məşqçisi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanov rəhbərlik edəcək. 

Reqlamentə görə yarış 57, 60, 65, 70, 74, 79, 86, 92 və 125 kq çəki dərəcəsində keçiriləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin