Azərbaycan velosipedçisi Qazaxıstanda keçirilən açıq çempionatda bürünc medal qazanıb
Azərbaycanlı velosipedçi Məryəm Hüseynova Astanada keçirilən Qazaxıstan açıq çempionatında bürünc medal qazanıb.
2009-2010-cu il təvəllüdlü 38 idmançı arasında omnium yarışında 200 metr məsafəyə qaçış yarışında komandamızın üzvü trek velosipedi üzrə üçüncü yeri tutub.
Eyni yaş kateqoriyasında yarışan Çingiz İsayev 40 iştirakçı arasında 4-cü yeri tutub.


