BDU-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq konfransın əsas sessiyasının açılışı
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransın əsas sessiyasının açılışı keçirilib.
Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb. Sonra Azərbaycan milli mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin məzarı ziyarət edilib.
Tədbirin açılışında Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr edilmiş videoçarx nümayiş olunub.
BDU rektoru Elçin Babayev milli mətbuatın 150 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, konfransın işinə uğurlar arzulayıb. Rektor bildirib ki, “Konstitusiya və Suverenlik İli”ndə və Zəfərimizin 5-ci ildönümündə Azərbaycan milli mətbuatının da 150 illik yubileyinin geniş şəkildə qeyd olunması xüsusi tarixi əhəmiyyət daşıyır. Çünki müstəqil dövlət qurmaq və ədalətli cəmiyyət formalaşdırmaq ideyası tarixən xalqımızın başlıca məqsədlərindən biri olub. Bu yüksək məqsədlərin həyata keçirilməsində milli mətbuatın xüsusi rolu var. Böyük şəxsiyyət Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də əsasını qoyduğu “Əkinçi” qəzeti ilə başlayan milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında və ictimai düşüncənin inkişafında müstəsna rol oynayıb. “Əkinçi” ilə başlanan yeniləşmə və maarifçilik hərəkatı sonrakı dövrlərdə yeni ideyalarla zənginləşib, milli mətbuat ölkənin ictimai fikir tarixinin ayrılmaz tərkib hissəsinə çevrilib.
Rektor qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə söz və mətbuat azadlığının təmin olunmasında, fikir plüralizminin formalaşmasında və inkişafında müstəsna xidmətləri olub. Məhz Ulu Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı Fərmanla Azərbaycanda mətbuat üzərində senzura tamamilə ləğv edilib, bununla da milli mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulub. Hazırda öz tarixi inkişafının mühüm mərhələsini yaşayan, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, qalib Azərbaycanda söz, fikir və informasiya azadlığı demokratik prinsiplərin təməl daşları olaraq güclü bir şəkildə möhkəmləndirilib. Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini və dövlətçilik ənənələrini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev medianın inkişafına hərtərəfli şəraitin yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə medianın azad və sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılıb. Bu sahənin maddi-təşkilati və hüquqi bazası möhkəmləndirilib, Medianın İnkişafı Agentliyi təsis edilib, “Media haqqında” qanun qəbul olunub. Jurnalistlərin sosial məsələlərinə olan diqqət artırılıb və onların rifah halının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülüb: “Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Düzgün və operativ informasiyanın dünya ictimaiyyətinə çatdırılmasında, düşmən təbliğatının qarşısının alınmasında jurnalistlərimizin rolu əvəzsiz oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən müasirləşmə siyasəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı və sürətli quruculuq işləri, cəmiyyətin bütün sahələrində həyata keçirilən əhatəli inkişaf və transformasiya prosesləri, ölkəmizin qlobal informasiya məkanına daxil olması dövlət və ölkədaxili sosial institutlar qarşısında yeni vəzifələr müəyyənləşdirib. “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkəmizdə media və jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərinin, müasir çağırışların və mövcud trendlərin dərin təhlilini aktuallaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan yeni vəzifələrin müəyyənləşdirilməsi zərurətini də ortaya qoyur. Mövcud çağırışlar xüsusilə də jurnalistika təhsilinin məzmun və forma baxımından yenilənməsini, müasir tədris texnologiyalarının tətbiqini və bu sahədə institusional potensialın gücləndirilməsini zəruri edir. Bu baxımdan ölkə mediası üçün peşəkar jurnalist kadrlar hazırlayan aparıcı ali təhsil müəssisəsi kimi Bakı Dövlət Universiteti qarşısında mühüm vəzifələr dayanır. Universitet jurnalistika təhsilinin məzmun və strukturunun yenilənməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə tədris prosesinin müasirləşdirilməsi istiqamətində fəaliyyətini daha da gücləndirməlidir. Hazırda BDU-da jurnalistika sahəsində yüksək ixtisaslı professor-müəllim heyəti fəaliyyət göstərir. Tələbələrin praktik vərdişlərə yiyələnməsi məqsədilə Universitetdə müxtəlif dövlət və özəl media qurumları ilə sıx əməkdaşlıq edilir. Belə ki, MEDİA, Audiovizual Şura, Mətbuat Şurası, AZTV, AzərTac, “ARB 24”, “REAL TV”, “Xalq qəzeti” və digər nüfuzlu təşkilatlar və media qurumları ilə davamlı olaraq birgə layihələr həyata keçirilir. Bu əməkdaşlıqlar çərçivəsində tədris prosesinə müasir təlim metodları və texnologiyaları tətbiq edilərək, tələbələrin praktiki biliklərinin daha da inkişaf etdirilməsi təmin olunur. Jurnalistika sahəsində aparılan islahatların ali təhsil sistemi ilə effektiv şəkildə uzlaşdırılması, innovativ tədris metodlarının tətbiqi və müasir medianın çağırışlarına uyğun kadr hazırlığının təşkili BDU-nun qarşısında duran əsas vəzifələr sırasında mühüm yer alır. Universitetin bu istiqamətdə həyata keçirdiyi kompleks və məqsədyönlü tədbirlər milli mətbuatın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək”.
Üsküdar Universitetinin rektoru Nazife Güngör qeyd edib ki, iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bütün sahələrdə güclərini birləşdirməsi lazımdır: “Türkiyə və Azərbaycan arasındakı əlaqələr siyasi və iqtisadi sahə ilə yanaşı, elm, təhsil, mədəniyyət və digər sahələrdə də çox önəmlidir. Bunlar bizi çağdaş dünyaya inteqrasiya edən, gələcəyimizi formalaşdıran əsas amillərdəndir”. Onun sözlərinə görə, Üsküdar Universiteti və Bakı Dövlət Universiteti birgə addımlar ataraq ortaq təhsil modelləri, akademik mübadilə proqramları və elmi layihələrlə gələcəyə birlikdə irəliləməyi qarşıya məqsəd qoyub: “Azərbaycanın və Türkiyənin müstəqillik hekayələri bir-birinə çox bənzəyir. Çünki bizim köklərimiz, tariximiz və mədəniyyətimiz ortaqdır. Bu ortaq kimlik bizi bir ailə kimi yaxınlaşdırır və təhsildə atdığımız hər bir addımı daha da mənalı edir. Konfransda Türkiyə və digər ölkələrdən 100-dək, onlayn olaraq 200-dən çox məruzəçi iştirak edir. Bu, elm, təhsil və araşdırma sahəsində dinamik əməkdaşlığın sürətlə genişlənməkdə olduğunu göstərir”.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Əkinçi” qəzetinin fəaliyyətə başlamasının həmin dövr üçün böyük fədakarlıq olduğunu deyib. O bildirib ki, XX əsrin əvvəllərində də, sovet dövründə də “Əkinçi” ənənələri davam edib: “1991-ci ildən sonra ölkəmizdə media orqanlarının sayı artmağa başladı. Azərbaycan mətbuatı tarixində ən əlamətdar hadisələrdən biri isə 1998-ci il avqustun 6-da baş verdi. Həmin gün Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu, mətbuatın inkişafı istiqamətində mühüm addım oldu və sonrakı illərdə də ardıcıl fəaliyyət davam etdirildi. Bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman müstəqil dövlət üçün müstəqil medianın vacibliyini vurğulayır. Ölkəmizdə “Media haqqında” yeni qanunun qəbulu, Medianın İnkişafı Agentliyinin yaradılması da Prezidentin bu sahədə apardığı siyasətin nəticəsidir”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, “REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev, BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxışlarında milli mətbuatımızın 150 illik tarixinin yalnız keçmişi anmaq üçün deyil, həm də gələcəyi düşünmək üçün mühüm informasiya bazası yaratdığını bildiriblər. Qeyd olunub ki, konfransda səsləndirilən fikirlər, müzakirə edilən mövzular Azərbaycan jurnalistikasının gələcək inkişaf istiqamətlərinə töhfə verəcək.
Sonra BDU-nun “Media problemləri” elmi-nəzəri və analitik jurnalının ilk sayı təqdim olunub. Jurnalın redaktoru, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli jurnalın müasir medianın çağırışlarını, problemlərini elmi müstəvidə təhlil edəcəyini, qarşıda dayanan əsas tendensiyaların müzakirə olunacağı platformaya çevriləcəyini qeyd edib.
Sonda BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə nümayiş olunub.
***
RU:
В БГУ прошло открытие сессии конференции, посвященной 150-летию национальной печати
Состоялось открытие основной сессии международной конференции «Медиа и коммуникационная деятельность в цифровую эпоху», посвященной 150-летию национальной прессы Азербайджана. Конференция организована совместно Бакинским государственным университетом (БГУ) и Университетом Ускюдар (Турция) в партнерстве с Агентством развития медиа, Аудиовизуальным советом и Советом прессы Азербайджана.
Перед началом конференции участники мероприятия посетили могилы общенационального лидера Гейдара Алиева и основоположника национальной печати Гасан бека Зардаби.
На открытии сессии был показан видеоролик, посвященный юбилею прессы.
Ректор БГУ Эльчин Бабаев поздравил участников мероприятия со 150-летием национальной печати, отметив, что широкое празднование этого юбилея в «Год Конституции и суверенитета» и 5-летия Победы имеет особое историческое значение. Потому что идея создания независимого государства и формирования справедливого общества исторически была одной из главных целей народа. Национальная пресса играет особую роль в реализации этих высоких целей. Наша печать, начавшаяся с газеты «Экинчи», основанной Гасан беком Зардаби 22 июля 1875 года, сыграла исключительную роль в распространении идей просветительства и развитии общественной мысли. Движение обновления и просвещения, начавшееся с «Экинчи», в последующие периоды обогатилось новыми идеями, национальная пресса стала неотъемлемой частью истории общественной мысли страны.
Ректор отметил исключительные заслуги общенационального лидера Гейдара Алиева в обеспечении свободы слова и печати в стране, формировании и развитии плюрализма мнений. Именно Указом великого Гейдара Алиева от 6 августа 1998 года была полностью отменена цензура в печати, что положило начало новому этапу в развитии национальной прессы. Президент Ильхам Алиев, успешно продолжающий мудрую политику и традиции государственности Гейдара Алиева, определил создание всесторонних условий для развития медиа как одно из приоритетных направлений государственной политики. В стране созданы благоприятные условия для свободной и независимой деятельности медиа. Укреплена материальная, организационная и правовая база данной сферы, создано Агентство развития медиа, принят Закон «О медиа». «Особенно в период 44-дневной Отечественной войны азербайджанские медиа проявили беспримерный героизм. Неоценима роль наших журналистов в донесении достоверной и оперативной информации до мировой общественности, предотвращении вражеской пропаганды. Политика модернизации, реализуемая под руководством Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой, масштабные и быстрые строительные работы, проводимые на освобожденных от оккупации территориях, вхождение страны в мировое информационное пространство поставили новые задачи перед социальными институтами. Распоряжение Президента «О праздновании 150-летия азербайджанской национальной печати» также выявил необходимость определения новых задач в этой области. Современные вызовы обуславливают необходимость обновления журналистского образования, особенно в плане содержания и формы, применения современных технологий обучения, укрепления институционального потенциала в этой сфере. В этой связи перед Бакинским государственным университетом, как ведущим высшим учебным заведением, стоят важные задачи. В настоящее время в БГУ сформирован высококвалифицированный преподавательский состав в области журналистики. Университет тесно сотрудничает с различными государственными и частными медиаорганизациями. Так, постоянно реализуются совместные проекты с Агентством развития медиа, Аудиовизуальным советом и Советом прессы, AZTV, АЗЕРТАДЖ, ARB 24, REAL TV, Xalq Qazeti и другими влиятельными организациями и медиа-институтами. Деятельность университета в этом направлении будет способствовать выходу прессы на новый этап и укреплению ее позиций в международном информационном пространстве», - резюмировал Эльчин Бабаев.
Ректор Университета Ускюдар Назифе Гюнгёр отметила, что двум братским странам, Азербайджану и Турции, необходимо объединить усилия во всех областях: «Отношения между Турцией и Азербайджаном очень важны в политической и экономической сферах, а также в науке, образовании, культуре и других областях. Это одни из главных факторов, которые интегрируют нас в современный мир и формируют наше будущее». По ее словам, Университет Ускюдар и Бакинский государственный университет поставили перед собой цель двигаться вперед в будущее вместе с совместными образовательными моделями, программами академического обмена и научными проектами. В конференции принимают участие до 100 докладчиков из Турции и других стран, а также более 200 докладчиков в режиме онлайн. «Это показывает, что динамичное сотрудничество быстро расширяется», - подытожила Назифе Гюнгёр.
На сессии также выступили председатель Совета прессы Рашад Меджид, заместитель исполнительного директора Агентства развития медиа Натиг Мамедли, председатель Закрытого акционерного общества «Азербайджанское телевидение и радиовещание» Ровшан Мамедов, депутат Милли Меджлиса, заведующий кафедрой Бакинского славянского университета Вугар Рагимзаде, генеральный директор ООО «Информационно-аналитический центр REAL» Миршахин Агаев, заведующий кафедрой истории национальной прессы БГУ Джахангир Мамедли.
Затем состоялась презентация первого номера научно-теоретического и аналитического журнала БГУ «Media problemləri». Редактор журнала, заведующий кафедрой мультимедиа и электронных коммуникаций БГУ Гулу Магеррамли отметил, что журнал будет анализировать вызовы и проблемы современных медиа на научном уровне и станет площадкой для обсуждения основных тенденций будущего.


