Everest daha bir qurban aldı
Subrata Qoş və Flipp Santiaqo 2025-ci ilin dırmaşma mövsümünün ilk qurbanları oldular.
2025-ci ilin may ayında Everest dağında iki faciə baş verib.
Hindistandan olan 45 yaşlı alpinist Subrata Qoş zirvəyə çatdıqdan sonra enərkən dünyasını dəyişib. O, hündürlük xəstəliyinin əlamətlərini göstərməsinə baxmayaraq enişini davam etdirməkdən imtina etdi və oksigen səviyyəsinin son dərəcə aşağı olduğu "ölüm zonası"nın təhlükəli hissəsi olan Hillari pilləsinin altında öldü.
Filippindən olan 45 yaşlı mühəndis Filip II Santiaqo 4-cü Düşərgədə dırmaşma zamanı təxminən 8000 metr hündürlükdə yorğunluqdan öldü. Onun ölümü bu mövsüm qeydə alınan ilk hadisə idi.


