Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan gimnastları Avropa kubokunda gümüş və bürünc medal qazanıblar

Azərbaycan təmsilçiləri Burqasda (Bolqarıstan) bədii gimnastika üzrə Avropa kubokunda uğurlu nəticələr əldə ediblər.

Böyüklərdən ibarət gimnastlardan ibarət qrup hərəkətləri komandası 3 top/2 halqa proqramında 25,150 xal toplayaraq gümüş, gənc idmançılardan ibarət qrup hərəkətləri komandası isə çoxnövçülükdə (44,000 xal) və 5 halqa ilə hərəkətdə (23,650 xal) iki bürünc medal qazanıb.

İdmançılar fərdi çıxışlarda da bacarıqlarını nümayiş etdiriblər.

Gümüş medalları gürzlə hərəkətdə Fidan Qurbanlı (25.866 xal), lentlə hərəkətdə isə Şəms Ağagüseynova (25.299 xal) qazanıblar.

Best coffeeshop in Berlin