İspaniyada Ukraynanın keçmiş prezidentinin keçmiş müşaviri güllələnib
Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov Madriddə (İspaniya) güllələnib.
Bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb.
Qətl səhər saatlarında Madriddə Amerika məktəbinin yaxınlığında baş verib.
Polisə bir nəfərin yaralandığı barədə təcili zəng daxil olub. Hadisə yerinə gələn təcili yardım onun ölümünü təsdiqləyib. Dörd güllə onun sinəsinə, bir güllə isə başına dəydi.
Polis mənbələri bildiriblər ki, motosikletli bir adam məktəb qapısında qurbanı gözləyib və Portnov maşını maşını ilə gələndə ona atəş açıb və sonra qaçıb.


