Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boks yığmamız "Heydər Əliyev Kuboku -2025"in qalibidir 

Səftər Məmmədzadə turnirin ən yaxşı boksçusu seçilib

16-21 may günlərində Bakıdakı Boks Mərkəzində yeniyetmə boksçular arasında Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan "Heydər Əliyev Kuboku -2025" beynəlxalq turnir keçirilib. 6 gün davam edən və ev sahibi Azərbaycan da daxil olmaqla 8 ölkəni təmsil edən 216 boksçunun iştirak etdiyi turnirdə oğlanlar 14, qızlar isə 9 çəki dərəcəsində döyüşüblər. 

ABF-dan verilən məlumata görə, Azərbaycan üst-üstə qazandığı 35 (9-8-18) medalla komanda hesabında birinci yeri tutub. Medallardan 18--i (4-2-12) oqlanların, 17-si (5-6-6) isə qızların payına düşüb.

İkinci yeri Rusiya (6-2-2), üçüncü yeri isə Qazaxıstan (2-4-5) tutub. 

Turnirin ən yaxşı boksçusu adına +80 kq-da çıxış edən Səftər Məmmədzadə layiq görülüb. Ən yaxşı hakim adını isə türkiyəli Elif Yıldırım qazanıb.

Yeri gəlmişkən, yığmamızın aktivinə yazılan qızıl medalları oğlanlardan Əli Ruşanov (44 kq), Əli Əliyev (48 kq), Şahin Aslanov (60 kq) və Səftər Məmmədzadə (+80 kq), qizlardansa Aylin Nəzərova(46 kq), Gülər Hüseynova (48 kq), Əminə Taqi (50 kq), Cəmilə Muradlı (52 kq) və Fidan Bakarova (66 kq) qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin