Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mini-futbol üzrə dünya çempionatı davam edir

Dünən Bakıda minifutbol üzrə dünya çempionatına start verilib və dünya çempionatının açılış mərasimi olub.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Couda və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra müxtəlif musiqili şoular baş tutub.

Tədbirin unudulmaz anlarından biri Türkiyəli tanınmış müğənni Aleyna Tilki və Azərbaycanın xalq artisti Aygün Kazımovanın çıxış etməsi olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Fotomüxbir Mahir Əhmədov

Best coffeeshop in Berlin