Əhmədzadə Avropa çempionatında çoxnövçülükdə 39-cu yeri tutub
Leypsiqdə (Almaniya) keçirilən Avropa çempionatında Azərbaycan gimnastları arasında çoxnövçülükdə ən yaxşı nəticəni Rəsul Əhmədzadə göstərib.
O, altı məşqdə ümumilikdə 74,965 xal toplayaraq 39-cu yeri tutub. İvan Tixonov çoxnövçülükdə 51-ci olub (71,298).
Qeyd edək ki, bir aparatda çıxış edən Nikita Simonov halqalarla hərəkətdə finala yüksəlib.


