Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Pəhləvanımız DS-da iki medal qazanıblar 

Xorvatiyanın Perec şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının sayca ikinci mərhələsi keçirilib. Turnirdə Azərbaycan baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) cütlüyü ilə təmsil olunub. Hər iki təmsilçimiz çıxışını uqurla davam etdirərək, mükafatçılar sırasında yer alıb. İbrahim Yusubov qrup mərhələsi də daxil olmaqla, bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Vüsal Əliyevsə turnirdə üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib.

Turnin sayca üçüncü olan növbəti mərhələ yarışı 6-7 sentyabr aralığında Mərakeşin Kasablanka şəhərində keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin