Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu müəyyənləşib
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu seçilib.
Kape Verde millisinin futbolçusunun transfer dəyəri orta hesabla 1,5 milyon avro qiymətləndirilir.
Bu məbləğ oyunçunun yaşı, forması, mövqeyi, turnir səviyyəsi və digər göstəriciləri nəzərə alan ETV (Estimated Transfer Value) modeli əsasında hesablanır. Andradenin təxmini dəyəri 1,2-1,8 milyon avro arasında dəyişir.
Həmçinin çempionatın ən bahalı oyunçuları arasında hər birinin dəyəri təxminən 1,3 milyon avro olan ukraynalı yarımmüdafiəçi Oleksiy Kaşçuk və polşalı qapıçı Mateuş Koçalski də var.


