Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Hoş Atölye” sənət mərkəzinin “Yürekten Ürəyə” adlı konserti baş tutdu

3 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilən “Hoş Atölye” sənət mərkəzinin “Yürekten Ürəyə” adlı konserti baş tutdu.
Öncəliklə pianoçu, Marmara Universitetinin “Güzel sanatlar fakültesi” üzrə müəllimi Aytac Rzaquliyeva dinləyiciləri konsertlə bağlı məlumatlandırdı. Daha sonra isə hər əsərin obraz məzmunu və tarixi haqqında maraqlı faktları musiqi sevərlərlə bölüşdü. Musiqili gecədə Begüm Aydın (piano), Utku Karataş (piano), Feraye Kumru (klarnet), Aytac Rzaquliyeva (piano), Güneş Tığlı (fleyta və soprano), Can Çerigenç (violonçel), Egemen Özgüven (piano), Kerem Uzunkaya (piano), Mert Kopuz (bağlama), Can Ünal (zərb alətləri) dinləyicilər qarşısında çıxış etdi.
Bu konsert, zalda əyləşən bütün dinləyicilərə xoş anlar bəxş etdi və musiqisevərlərin coşqulu alqışıarı ilə yekunlaşdı.Sonda sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynur İsgəndərova Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etməsi və bütün sahələri əhatə etməsini bir daha vurğuladı.Bu əməkdaşlığın ən gözəl nəticəsi olaraq baş tutan “Yürekten ürəyə” adlı parlaq konsertə görə Aytac xanıma təşəkkürlərini bildirdi və işıqlandırdığı gənc istedadlara gələcək fəaliyyətlərində uğurlar arzu edərək, onları M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasının rəhbərliyi tərəfindən təqdim edilən diplomlarla təltif etdi.
Proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.

AZpress.AZ,Minə Türksoy.

Best coffeeshop in Berlin