Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Təbəssüm Uşaq Musiqili Teatrı”nın 25 illik yubiley konserti keçirildi +FOTO=58

5 iyun 2025-ci il tarixdə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında ölkəmizin uşaq yaradıcılığı sahəsində xüsusi yerə və dəyərə malik olan “Təbəssüm  Uşaq Musiqili Teatrı”nın 25 illik yubiley konserti keçirildi. Bu konsert yalnız bir bayram tədbiri deyil, eyni zamanda bu illər ərzində əldə olunmuş uğurların, zəhmətlərin və yaradıcılıq dolu yolun təntənəli təqdimatıdır.

25 illik yubiley konsertə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Uşaq və gənclərin inkişafı şöbəsinin mütəxəssisi Əbdüləli Mürsəlov,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Nilüfər Rəhimova, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyevaya, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Aleksandra Nikuşina, AMK tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya şöbəsinin müdiri, rəqqas, xoreoqraf Tahir Eynullayev, Mədəniyət Tv-nin "Nəcib söhbətlər"  verlişinin aparıcısı Nəcibə Əlixanova dəvət olunmuşdu.

“Təbəssüm Uşaq Musiqili Teatrı” illərdir ki, böyükdən kiçiyə rəqs və musiqini sevən uşaqları bir araya gətirir. Burada formalaşan kollektiv təkcə səhnə mədəniyyəti ilə deyil, həm də milli dəyərlərə sadiqliyi, vətənpərvərliyi və yaradıcı ruhu ilə fərqlənir. Təbəssümün üzvləri müxtəlif illərdə beynəlxalq festivallarda, müsabiqələrdə və yarışmalarda iştirak edərək ölkəmizi uğurla təmsil etmiş, Grand Pri və Laureat adına layiq görülmüş, qızıl medallar qazanmış, Azərbaycan bayrağını qürurla yüksəltmişdir.
Bu konsert vasitəsilə balaca istedad sahibləri səhnədə rəngarəng və yaddaqalan çıxışlar, rəqslər və musiqi ifaları ilə tamaşaçılara əsl bayram əhval-ruhiyyəsi bəxş edirlər. Bu həm də onların sənətə və səhnəyə olan sonsuz sevgisinin bariz nümunəsidir. Həmçinin, “Təbəssüm”ün vaxtilə bir parçası olan Nicat Məhərrəmov və Vaqif Nağıyev də  səhnəyə çıxaraq öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar. 
Konsert proqramı çərçivəsində, həmçinin sərgi guşəsi də hazırlanmışdı. Bu guşədə “Təbəssüm”ün illər ərzində çıxış etdiyi müxtəlif ölkələrdən – o cümlədən Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələrdən fotolar, afişalar və xatirə görüntüləri nümayiş olunurdu.
Qeyd etmək lazımdır ki, “Təbəssüm Uşaq Musiqili Teatrı”nda yetişən bir çox gənc bu sənəti sonradan peşəkar istiqamətdə davam etdirmiş, peşəkar rəqqas və rəqs müəllimi kimi fəaliyyət göstərərək sənətə və gələcək nəsillərə töhfələr verməkdədirlər.
Bugünkü konsert – həm bu kollektivi formalaşdıran hər bir uşağın uğur hekayəsinin bayramıdır, həm də “Təbəssüm” ailəsinin illərlə qoruyub saxladığı sənət eşqinin parlaq təzahürüdür.

Best coffeeshop in Berlin