ACF-nin Kuboku keçiriləcək
İyunun 15-də Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən Sağlamlıq İdman Mərkəzində ne-vaza üzrə ACF Kuboku keçiriləcək. Bir günlük yarışda ölkənin 42 klub və idman cəmiyyətini təmsil edən 194 (168 kişi və 26 qadın) cüdoçu 12 çəki dərəcəsində tatamiyə çıxaraq öz bacarığını nümayiş etdirəcək.
Qeyd: Cudoda ne-vaza bacarıqları idmançılara görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşdırılmasında mühüm rol oynayır.
İNTİQAM Məmmədov


