Qızlardan ibarət U-16 voleybol millimiz Belarusa yollanıb
Azərbaycanın yeniyetmə və gənc qızlardan ibarət olan U-16 milli voleybol komandası türkiyəli mütəxəssis Şahin Çatmanın rəhbərliyi altında Belarusun paytaxtı Minsk şəhərinə yollanıb. Bu səfər qarsidaki rəsmi yarışlara hazırlıq xarakteri daşıyır.
İyunun 22-dək davam edəcək təlim-məşq toplanışına (TMT) 16 voleybolçu cəlb edilib. TMT ərəfəsində U-16 millimiz yerli komandayla bir neçə yoxlama matc keçirməyi də planlaşdırıb.
İNTİQAM Məmmədov


