Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tehran əsir götürülən İsrail Hərbi Hava Qüvvələri pilotunun etirafları ilə dünyanı şoka salacağını vəd edib

İran diplomatı Əmir əl-Musəvi deyib ki, İran tərəfindən əsir götürülən İsrail qırıcı pilotu tezliklə televiziyada “ölkəni sarsıdacaq” etiraflarla çıxış edəcək.

Bu barədə İran mətbuatı məlumat yayıb.

"İsrailli pilotun etirafları İran televiziyasında yayımlanacaq. Onlar ölkəni silkələyəcək - təyyarələrin harada yanacaqla doldurulduğu və haradan havaya qalxdığı məlum olacaq", - əl-Musəvi deyib.

Bundan əvvəl İranın İsrailə məxsus 4 F-35 qırıcısını vurduğu, təsdiqlənməmiş məlumatlara görə isə digər təyyarələrin də vurulduğu bildirilirdi.

Best coffeeshop in Berlin