İran İsrailə doğru yeni raket dalğasına başlayıb
İran silahlı qüvvələri İsrail ərazisinə ballistik raketlərin yeni dalğası atıb.
Bu barədə Tasnim xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, buraxılış İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri tərəfindən həyata keçirilib.
İsrail hərbçiləri İran tərəfinin hücumu ilə bağlı məlumatı təsdiqləyib. İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin verdiyi məlumata görə, raketlərin tutulması üçün işlərə başlanılıb. Ölkənin bir sıra bölgələrində hava hücumu təhlükəsi elan edilib.


