Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İranın Baş Qərargah rəisi İsrailə qarşı cəza əməliyyatı elan edib

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi israilliləri “canlarını xilas etmək üçün” Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb.

Onun çıxışı İran telekanallarında yayımlanıb.

“İşğal edilmiş ərazilərin sakinlərinə, xüsusən də Təl-Əviv və Hayfaya həyatlarını xilas etmək üçün bu əraziləri tərk etmələri barədə xəbərdarlıq edilir”, - Musəvi vurğulayıb.

Onun sözlərinə görə, indiyədək aparılan əməliyyatlar çəkindirmə üçün xəbərdarlıq olub.

“Yaxın vaxtlarda cəza əməliyyatı keçiriləcək”, - Musəvi bildirib.

Best coffeeshop in Berlin