İran raketi Hollandiyanın Təl-Əvivdəki səfirliyini zədələyib
Hollandiyanın Təl-Əvivdəki səfirliyinin binası İrandan endirilən raket zərbəsi nəticəsində zədələnib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departamentin məlumatına görə, zərər azdır və zərbə diplomatik missiyanın pəncərəsini sındırıb. Ölən və ya itki yoxdur.


