Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Türkiyənin Adana şəhərində yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Türkiyənin Adana şəhərində meşə yanğınını söndürmək üçün göndərilən təyyarə Seyhan Baraj gölünün üzərində qəzaya uğrayıb. Hadisə nəticəsində pilotlar yaralanıb.

Bu barədə Yavuz valisi Səlim Köşgerə istinadən "Habertürk" telekanalı məlumat yayıb.

"Adanada yanğınsöndürən təyyarənin qəzaya uğraması nəticəsində 2 pilot yaralanıb. Şəhərdə meşə yanğınını söndürmək üçün göndərilən təyyarə su toplamaq üçün Seyhan bənd gölünün üzərindən keçərkən qəzaya uğrayıb".

O qeyd edib ki, ekipaj dəniz polisi əməkdaşları tərəfindən sahilə çıxarılıb. Biri xarici vətəndaş olan iki pilotun sağlamlıq vəziyyəti yaxşıdır.

Best coffeeshop in Berlin