Kişi voleybol millimiz AGL-da son matçına çıxacaq
Kişi voleybolçular arasında keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa Gümüş Liqasında (AGL) mübarizə davam edir. Baş məşqçisi Fərid Cəlilov olan yiqmamiz bu gün Farer Adalarında üçüncü turun son matçına çıxacaq. Qeyd edək ki, dünən ev sahibini 3:1 hesabla üstələyən milimiz bu gün saat 20:00-da Avstriya ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan keçirdiyi 5 oyunun ikisində qalib gəlib, üçündə uduzub və aktivindəki 6 xalla hazırda 8 komanda arasında dördüncü yerdədir.
Yığma komandamızın iştirakı ilə keçirilən oyunların nəticələri belədir:
Azərbaycan - Macarıstan - 0:3;
Azərbaycan - lüksemburq - 0:3;
İsveç - Azərbaycan - 3:0;
Gürcüstanın - Azərbaycan - 0:3;
Farer Adaları - Azərbaycan - 1:3.
Qeyd edək ki, bu turnirdə 8 komanda mübarizə aparır. Hər komanda reqlamentə uyğun olaraq 6 oyun keçirir. Sonda ümumi yarış cədvəlində ilk 4 yeri tutan komanda dördlər finalına yüksəlir.
Hazırda komandanın turnir cədvəlində vəziyyət belədir:
İsveç - 12 xal (4 oyun), Macarıstan - 9 (3), Lüksemburq - 9 (4), Azərbaycan - 6 (5), Avstriya - 3 (2), Farer - 2 (3), İslandiya (1 (5), Gürcüstan - 0(2).
İNTİQAM Məmmədov


