Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zərdabda şəhid atasının tikdirdiyi muzeydə tədbir +FOTO=8

Azərbaycan Yazıçılar Birliyinin üzvü Prezident mükafatçısı şairə Esmira Günəş Zərdab şəhidlərinin də yer aldığı "Qəhrəman analar" kitabının təqdimatını Zərdabda şəhid Ağaqardaş Abbasovun atasının tikdirdiyi muzeydə keçirib. Muzey şəhid Ağaqardaşa həsr olunsa da böyük bir tədbir zalını xatırladır. Digər şəhidlərin şəkillərinin yer aldığı muzeydə şairənin təklifi ilə hətta kitabxana da fəaliyyət göstərir. Şəhid ailələrinin, müəllimlərin və şagirdlərin iştirak etdiyi tədbirdə qonaqların maraqlı çıxışları ilə yanaşı həm də şahirdlər şairə xanımın şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Kitablar şəhid analarına təqdim olunub və tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra şairə xanım şəhidin ailə üzvləri ilə birlikdə şəhid Ağaqardaş Abbasovun məzarını da ziyarət edib.

Best coffeeshop in Berlin