Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc cüdoçularımız Akp-nin ilk günü 5 medal qazanıblar 

Almaniyanın paytaxtı Berlində gənc cüdoçular arasında Avropa Kuboku keçirilir. İki gün davam edəcək turnirə Azərbaycan 7 çəki dərəcəsində 17 cüdoçu ilə qatılıb. Turnirin ilk günü yığmamız üçün yaddaqalan olub. Belə ki, üç çəkidə (60, 66, 73 kq) tatamiyə çıxan cüdoçularımızdan beşi uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb.

Medallardan üçü gümüş, ikisi bürünc əyarlı olub.

Gümüşlər yalnız həlledici finalda büdrəyən Nihad Məmişov (60 kq), Məhəmməd Musayev (66 kq) və Əbil Yusubovun (73 kq), bürünclər isə çıxışını üçüncü yerdə başa vuran Nizamı İmanovla (66 kq) Mehdi Cəfərovun (73 kq) aktivinə yazılıb.

AK-nin ikinci günü çəkisi 81, 90, 100 və +100 kq olan tatami ustaları mübarizə aparacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin