Həbib Nurməhəmmədov səmimi qəbula görə Azərbaycana təşəkkür edib
Azərbaycanda keçirdiyimiz günlər heyrətamiz idi.
Bu barədə məşhur rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində yazıb.
O, Azərbaycanda tanış olduğu insanlarla fotolarını yayımlayıb.
H.Nurməhəmmədov öz nəşrində yazıb: "Azərbaycan, çox sağ olun! Bu günlər heyrətamiz idi".
H. Nurməhəmmədov Bakıda təşkil olunan Ultimate Fighting Championship (UFC) turnirində Tagir Ulanbekovun məşqçisi olub. Onun himayədarı Maksum Azat (Qazaxıstan) üzərində qələbə qazanıb.
Xatırladaq ki, turnirin əsas döyüşündə ABŞ təmsilçiləri Camaal Hill və Xəlil Rountri üz-üzə gəlib. Yüngül çəkidə döyüş 5 raund davam edib. Nəticədə H.Runtri qalib elan edilib.
Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev çilili İqnasio Baamondesə qalib gəlib. Tofiq Musayevə gəlincə, o, qırğızıstanlı Mıktıbek Orolbayla döyüşdə məğlub olub.


