Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşdığını ELAN ETDİ

Polşa Rusiya ilə müharibə olacağı təqdirdə sənət əsərlərinin təxliyəsi planı hazırlayır.

Bunu Financial Times (FT) qəzetinə müsahibəsində Polşanın mədəniyyət naziri Hanna Vroblevska deyib.

Onun sözlərinə görə, Polşa muzeyləri artıq "təhlükəsizliyin nəzəri konsepsiyası"na əsaslanaraq fəaliyyət göstərə bilməz və buna görə də nazirlik 160-a yaxın mədəniyyət müəssisəsinin əsərlərinin mümkün saxlanması ilə bağlı digər ölkələrin hökumətləri ilə danışıqlara başlayıb.

Qeyd edilir ki, “evakuasiya” təkcə heykəllər və rəsm əsərlərinə deyil, həm də musiqi alətlərinə və qiymətli kitablara da təsir edəcək. Məqalədə deyilir ki, plan 2025-ci ilin sonuna qədər hazır olmalıdır.

Best coffeeshop in Berlin