“Misirli uşaqların rəsm əsərləri” adlı sərgi keçirilib +VİDEO/FOTO=58
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Misirli uşaqların rəsm əsərləri” adlı sərginin açılışı olub.
AZpress.AZ xəbər verir ki, açılış mərasimində çıxış edən Mərkəzin müdiri, Prof.Dr. Tarek Mohammad qonaqları salamlayaraq, sərgi haqqında məlumat verib. O bildirib ki, kiçik yaşlı uşaqlar çox maraqlı, unikal rəsmlər yaradıblar.
Daha sonra “Esmiralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının rəhbəri, rəssam-dizayner Esmeralda Tağızadə öz çıxışında bildirib ki, xeyli müddətdir Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əməkdaşlıq edirlər. Onun sözlərinə görə, indiyədək müxtəlif layihələr həyata keçirilib. Əlavə edib ki, bu gün sərgilənən əsərlər 7-10 yaşlı uşaqlar tərəfindən çəkilib. Gələcəkdə Mərkəz ilə “Esmeralda” studiyası yeni tədbirlər keçirməyi planlaşdırır ki, onların arasında fərdi sərgilər də olacaq. Belə tədbirlər iki xalqın mədəniyyətlərinin təbliğində, tanınmasında vacib rol oynayır.
Bakı rəsm qalereyasının direktoru Eldəniz Babayev yada salıb ki, 10 il əvvəl Rəssamlar İttifaqında Misir səfirliyi ilə birgə sərgi keçirilib. Həmin sərgidə misirli uşaqlar Azərbaycanı, azərbaycanlı uşaqlar isə Misiri təsvir etmişdilər: “Əsərlərə baxanda bir daha görürük ki, uşaqların fantaziyası çox genişdir. Maraqlı layihələrimiz bundan sonra da davam edəcək”.
Daha sonra iştirakçılar sərgi ilə tanış olublar.
Videoya keçid etmək üçün:
https://www.facebook.com/azpresstimes/videos/30098133656499977
https://www.facebook.com/azpresstimes/videos/1247969713375588
Fotomüxbir Mahir Əhmədov,
Xeyransa İsmayılova


